...

İranda 1 həftə ərzində 18 ton narkotik maddə aşkarlanıb

Dünya xəbərləri Materials 30 May 2019 06:34 (UTC +04:00)
İranda mayın 18-dən 25-dək 18 ton narkotik və psixotrop maddələr aşkarlanıb.
İranda 1 həftə ərzində 18 ton narkotik maddə aşkarlanıb

Bakı. Elnur Baxışov - Trend:

İranda mayın 18-dən 25-dək 18 ton narkotik və psixotrop maddələr aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Narkotik Maddələrlə Mübarizə Komitəsinin sədr müavini Nasir Aslani deyib.

N.Aslaninin sözlərinə görə, ümumilikdə aşkarlanan maddələr 18268 kiloqramdır və əvvəlki həftə ilə müqayisədə 29% çoxdur.

Aslaninin sözlərinə görə, aşkarlanan maddələrdən 1,04 tonu həşiş, 359 kiloqramı ekstazi, 235 kiloqramı morfin, 7,5 min ədədi isə psixotrop dərmandır:

“Həftə ərzində ümumilikdə 8301 nəfər saxlanılıb. Onların 299 nəfəri narkotik qaçaqmalçısı, 2433 nəfəri narkotik satıcısı, 4973 nəfəri isə narkotik istifadəçisidir. 596 nəfər narkotik maddələrlə əlaqədar əməliyyatlarda saxlanılıb”

Sədr müavininin əlavə edib ki, Sistan və Bəluçestan vilayətində 6243 kq, Hörmüzqan vilayətinə 2164 kq, Kirman vilayətində 1851 kq, İsfahan vilayətində 986 kq, Cənubi Xorasan vilayətində 886 kq, Yəzd vilayətində 862 kq və Tehran vilayətində 822 kq narkotik maddə aşkarlanıb. və bu 7 vilayət narkotiklərin aşkarlandığı əsas 7 vilayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti