...

Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI - Beyni dağıdır

Dünya xəbərləri Materials 31 May 2019 17:29 (UTC +04:00)
ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurdla bağlı xəbərdarlıq edib
Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI - Beyni dağıdır

Bakı. Trend:

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurdla bağlı xəbərdarlıq edib.

Trend-in məlumatına görə, son dövrlərdə bir neçə nəfərdə beyinə daxil olan parazit qurd aşkar edilib.

Qeyd olunur ki, bu cür qurdlar ilbizlərin orqanizmində inkişaf edir. Yoluxmuş ilbizlə qidalandıqda bu, insanda eozinofil meningitə səbəb ola bilər.

Bu xəstəliyə yoluxma ilə bağlı say açıqlanmasa da, ildən-ilə artdığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti