...

Silahlılar sutka ərzində Suriyanın vilayətlərində atəşkəsi pozublar

Dünya xəbərləri Materials 3 İyun 2019 02:00 (UTC +04:00)

Baki. Trend:

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişinin sözlərinə görə, atəşkəs rejiminin mövcud olduğuna baxmayaraq, "İdlib deeskalasiya bölgəsi"ndə fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələr atəşkəsi pozmağa davam edir:

"Sutka ərzində silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər (iki dəfə), Sandran, Akç-Bayer, Mortlu, Ayn-Əl-Əşra, Royset-Ruşu, Kabux, Roys-Usleman yaşayış məntəqələrini və Xama vilayətinin Kalt-Marza yaşayış məntəqəsini atəşə tutublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti