...

ABŞ Bolqarıstana F-16 qırıcıları satacaq

Dünya xəbərləri Materials 4 İyun 2019 01:21 (UTC +04:00)
ABŞ Bolqarıstana 1,7 milyard dollarlıq F-16 qırıcıları satacaq
ABŞ Bolqarıstana F-16 qırıcıları satacaq

Bakı. Trend:

ABŞ Bolqarıstana 1,7 milyard dollarlıq F-16 qırıcıları satacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun strukturunda olan Müdafiə Əməkdaşlığı üzrə Agentlikdən bildiriblər.

Agentlikdən bildiriblər ki, iki ölkə arasında imzalanan razılaşmanı bu kimi sövdələşmələrin siyasi risklərini qiymətləndirən Dövlət Departamenti təsdiq edib.

Dövlət Departamentinin bəyanatında deyilir: "Təyyarələrin Bolqarıstana satılması ABŞ-ın xarici siyasətinin və milli təhlükəsizliyin məqsədlərinə töhfə verəcək, NATO-nun və ABŞ-ın vacib tərəfdaşının təhlükəsizliyini möhkəmləndirməyə kömək edəcək".

Xəbər lenti

Xəbər lenti