Bakı. Trend:
Şri Lankada Xulandava yaşayış məntəqəsinin yaxınlığında avtobus çuxura düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən az 19 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, avtobus Akuressa şəhəri istiqamətində gedib.
Hadisə nəticəsində xəsarət alan 17 nəfər Akuressa xəstəxanasına çatdırılıb.
Polis hər iki sürücünü saxlayıb və hadisə ilə əlaqədar istintaqa başlayıb.