Bakı. Trend:
Nigeriyanın Ondo ştatında baş verən yol qəzası nəticəsində ən az 18 nəfər həlak olub.
Trend-in məlumatına görə, ölkənin paytaxtı Abuce istiqamətində hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Nəticədə avtobus aşıb və alovlanıb.
Hadisə nəticəsində bütün sərnişinlər həlak olub. Polis faktla bağlı araşdırma aparır.