...

Avtobus aşdı - 17 nəfər xəsarət alan var (FOTO)

Dünya xəbərləri Materials 22 İyun 2019 17:20 (UTC +04:00)
İranda Şiraz-Səadətşəhr istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
Avtobus aşdı - 17 nəfər xəsarət alan var (FOTO)

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Fars vilayətində Bəhmən-Xosrov Şirin istiqamətində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Şimal yol polis rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, "Pride" və "Samand" markalı minik avtomobili pikapla toqquşub.

Hadisə nəticəsində 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Şiraz-Səadətşəhr istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində isə 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində isə Zahidan-Xaş magistralında iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti