...

Aİ-də rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb

Dünya xəbərləri Materials 3 İyul 2019 00:21 (UTC +04:00)
Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən təcili sammit zamanı əsas rəhbər vəzifələrə namizədlərin adlarını razılaşdırıblar
Aİ-də rəhbər vəzifələrə namizədlərin adları açıqlanıb

Bakı. Trend:

Avropa İttifaqına üzv ölkələrin liderləri Brüsseldə keçirilən təcili sammit zamanı əsas rəhbər vəzifələrə namizədlərin adlarını razılaşdırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

Onun sözlərinə görə, Almaniyanın müdafiə naziri Ursula dor Der Lyayenin namizədliyi Avropa Komissiyasının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Bundan əlavə, Belçikanın baş naziri Şarl Mişelin namizədliyi Avropa Şurasının rəhbəri vəzifəsi, İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Jozep Borrelin namizədliyi Aİ diplomatiyasının rəhbəri vəzifəsi, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın namizədliyi isə Avropanın Mərkəzi Bankının rəhbəri vəzifəsi üçün irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti