...

Vəba epidemiyası ölkəni sardı - 705 ölü

Dünya xəbərləri Materials 9 İyul 2019 09:05 (UTC +04:00)
Bu il Yəməndə 460 mindən çox insan vəbaya yoluxub.
Vəba epidemiyası ölkəni sardı - 705 ölü

Bakı. Trend:

Bu il Yəməndə 460 mindən çox insan vəbaya yoluxub.

Trend-in məlumatına görə, yoluxanlardan 705 nəfər artıq dünyasını dəyişib. Statistik rəqəmləri BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Xak yoluxanlar arasında 200 min nəfərin azyaşlı oluğunu qeyd edib.

Onun sözlərinə görə, bu il qeydə alınan yoluxma halları artıq ötənilki göstəricini üstələyib:

"Ötən il vəbadan ölənlərin sayi 75 nəfər idisə, bu il artıq bu rəqəm 705 olub".

BMT nümayəndəsi ölkədə vəbanın yayılmasının subasmalar və təmiz su çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti