...

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Dünya xəbərləri Materials 21 İyul 2019 13:55 (UTC +04:00)
Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Bakı. Trend:

Hindistanın Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı artıb.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi məlumata görə, güclü yağışların səbəb olduğu daşqınlarda 62 nəfər həlak olub. Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Qeyd edilir ki, 5,7 milyona yaxın insan daşqınlar zonasındadır. Daşqınların daha intensiv olduğu ərazilərdən 151 mindən artıq insan təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti