...

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub: 5 ölü, 14 yaralı

Dünya xəbərləri Materials 2 Avqust 2019 08:44 (UTC +04:00)
Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub: 5 ölü, 14 yaralı

Bakı. Trend:

Rusiya Federasiyasının Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını toqquşub.

Trend-in "TASS"a istinadən evrdiyi məlumata görə, Həştərxan-Elista-Stavropol avtomobil yolunun 420-ci kilometrində baş verən qəza nəticəsində 5 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.

Bildirilir ki, qəza zamanı avtobusda 23 nəfər olub. Xəsarət alanların sərnişinlər olduğu qeyd edilir. Onlar rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata əsasən, qəzaya səbəb sərnişin avtobusunun qarşı hərəkət zolağına çıxması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti