...

Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı

Dünya xəbərləri Materials 8 Avqust 2019 17:32 (UTC +04:00)
Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib
Tayvanda güclü zəlzələ: İşıqlar söndü, qatarlar dayandı

Bakı. Trend:

Tayvanda Rixter cədvəli ilə 6,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, güclü zəlzələ nəticəsində İlan əyalətində elektrik enerjisinin verilişi dayanıb.

Bölgədə on minlərlə sakin işıqsız qalıb.

Bununla yanaşı, yeraltı təkanlar nəqliyyatın hərəkətini də iflic edib. Bəzi bölgələrdə qatarların hərəkəti dayanıb, bəzi yerlərdə isə sürət həddi saatda 60 kilometrədək azaldılıb.

Qeyd olunur ki, bir neçə saatlıq fasilədən sonra elektrik enerjisi və qatarların hərəkəti bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti