...

Boliviyada avtobus və yük maşını toqquşub: 11 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Avqust 2019 04:16 (UTC +04:00)
Boliviyada avtobusun və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb
Boliviyada avtobus və yük maşını toqquşub: 11 nəfər ölüb

Bakı. Trend:

Boliviyada avtobusun və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "ABI" agentliyi bildirib.

Bildirilir ki, xəsarət alanlar arasında azyaşlı və hamilə qadın var. Sənədlərin olmaması səbəbindən ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilməyib.

Hadisənin iki versiyası var - yük maşının qarşı zolağa çıxması və sürücünün sərxoş ola biləcəyi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti