Bakı. Trend:
ABŞ-ın Merilend ştatının Columbia şəhərindəki ticarət mərkəzi qaz partlaması səbəbindən qismən çöküb.
Trend-in məlumatına görə, bu barədə "CNN" telekompaniyası bildirib.
Məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, saat 07.00 radələrində hadisə yerinə gələn yanğınsöndürənlər və xilasedicilər bir qaz sızdığını görüb insanları binanın özündən, habelə ona bitişik ərazilərdən təxliyə ediblər.
Partlayış səhər saat 08:00 radələrində baş verib.