...

Türkiyədə su elektrik stansiyasında qəza baş verib

Dünya xəbərləri Materials 29 Avqust 2019 08:32 (UTC +04:00)
Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonunda yerləşən su elektrik stansiyasında qəza baş verib
Türkiyədə su elektrik stansiyasında qəza baş verib

Bakı. Trend:

Türkiyənin Sivas vilayətinin Koyulhisar rayonunda yerləşən su elektrik stansiyasında qəza baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində iki avtomobil su altında qalıb, altı nəfər xilas olunub.

Bildirilir ki, su elektrik stansiyasının kanallarından birində partlayış baş verib, nəticədə magistral yol su altında qalıb.

İl Baş məmuru Saleh Ayhan, suyun çəkilməsi üzrə işləri aparıldığını, vəziyyətin nəzarət altında olduğunu söyləyib.

Xilas olunan 6 nəfər xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti