...

Zərif ABŞ-ın sanksiyaları barədə: Bu, qorxutmaq cəhdidir

Dünya xəbərləri Materials 6 Sentyabr 2019 19:33 (UTC +04:00)
ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyaları günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir
Zərif ABŞ-ın sanksiyaları barədə: Bu, qorxutmaq cəhdidir

Bakı. Trend:

ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyaları günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” səhifəsində yazıb.

O vurğulayıb ki, ABŞ-ın iqtisadi terroru bu ölkələrdəki mülki şəxslərə yönəlib.

Nazir əlavə edib ki, Vaşinqtonun metodları sırasına quldurluq, rüşvətxorluq və şantaj da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti