...

Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 02:02 (UTC +04:00)
Atlantik okeanında Dorian qasırğası yenidən Saffir - Simpson şkalası üzrə ikinci dərəcəyə yüksəlib
Kanada sahillərində Dorian qasırğası yenidən ikinci kateqoriyaya yüksəlib

Bakı. Trend:

Son bir neçə sutka ərzində bir qədər zəifləyən Atlantik okeanında Dorian qasırğası yenidən Saffir - Simpson şkalası üzrə ikinci dərəcəyə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Qasırğaları Müşahidə üzrə Milli Mərkəzi deyib.

Mərkəzin son hesablamalarına görə, atmosfer fenomeni daxilində küləyin maksimal sürəti 44,7 m/s-dən çoxdur.

Küləyin bu cür əsməsi ağacların yıxılmasına və ya pəncərələrin şüşələrinin qırılmasına səbəb ola bilər.

Qasırğa indi Kanadanın Qalifaks (Yeni Şotlandiya vilayəti) liman şəhərindən təxminən 225 km cənub-qərbdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti