Bakı. Trend:
Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın qəlbinin dərinliklərində özünü ona bənzətməyə çalışdığını iddi edib.
Trend-in məlumatına görə, aktyor bu fikrini yerli jurnalların birinə müsahibəsi zamanı səsləndirib.
"Nə üçün D.Tramp sosial şəbəkələrdə daim sizə söz atır" sualına cavab olaraq aktyor deyib: "Düşünürəm ki, o, məni sevir. Yoxsa o, daim sosial şəbəkələrdə nə üçün mənə söz atır?".
Daha sonra isə 72 yaşlı aktyor əlavə edib: "İşin əsli budur ki, o, mən olmaq istəyir".