...

Türkiyədə terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2019 12:18 (UTC +04:00)
Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb
Türkiyədə terror aktının qarşısı alınıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əməliyyat zamanı iki PKK terrorçusu saxlanılıb.

Trend-in məlumatına görə, saxlanan şəxslər bəzi rayonlarda terror aktları həyata keçirməyi planlaşdırırdı.

Aparılan sorğu-sual zamanı məlum olub ki, onlar İraqın şimalında PKK düşərgələrində təlim keçib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti