...

ABŞ-da qatı cinayətkar tutulub

Dünya xəbərləri Materials 13 Sentyabr 2019 01:09 (UTC +04:00)
Amerikanın Texas ştatının höküməti Patrik Kruziusa qarşı ittihamlar sürüblər.
ABŞ-da qatı cinayətkar tutulub

Bakı. Trend:

Amerikanın Texas ştatının höküməti Patrik Kruziusa qarşı ittihamlar sürüblər. Səlahiyyətlilərin bildirdiyinə görə, bunun əsas səbəbi avqustun əvvəlində El Paso şəhərində 22 nəfərin güllələnməsidir.

Trend-in məlumatına görə, münsiflər heyəti prokurorluqda 21 yaşlı Kruziusa qarşı olan dəlillərin yetərincə olduğunu sayıblar. Belə ki, məhz dəlillərə görə Kruziusa qarşı qətl ittihamı irfəli sürülüb.

Kruziusun günahkar olduğu aşkar edilərsə, edam cəzası və ya ömürlük həbs cəzası ilə üzləşə bilər. Prokurorluğun nümayəndələri bundan əvvəl Kruzius üçün edam cəzası istəyəcəklərini bildirmişdilər.

Polisin bildirdiyinə görə, Kruzius avqustun 3-də El Paso şəhərində Walmart mağazasında insanlara atəş açıb. Atəş nəticəsində 8 meksikalı da daxil olmaqla 22 nəfər ölmüş, 20-dən çox ziyarətçi yaralanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti