Baki, Trend:
Prezident seçkilərinin ilk turu bazar günü Tunisdə başlayıb.
Trend-in məlumatına görə, əhalisi 11 milyona yaxın olan 7 milyondan çox respublikanın vətəndaşı dövlət başçısı vəzifəsinə namizəd üçün səs verə biləcək. Ümümilikdə, 24 namizəd president seçkilərinə müraciyət edib. Onlardan Tunisin keçmiş prezidenti Moncef Marzuki, keçmiş baş nazirlər Hamadi Cabali və Mehdi Joma, eləcədə seçkilərdə iştirak etmək üçün vəzifələrini tərk edən hökumət başçısı Yussef Shahed və Milli Müdafiə Naziri Abdel Kərim əl Zbidi, məclis sədrinin səlahiyyətlərini icra edən Abdelfattah Muru, keçmiş turizm naziri Selma Ellumi Rekik və istintaq altında olan və həbsdə olan Tunis media sahəsində nüfuzlu olan Nabil Karoui.
Qeyd edək ki, Tunisdə seçkilər və referendumlar haqqında qanuna görə, səsvermənin nəticələri son seçki məntəqəsinin bağlanmasından üç gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilməlidir. Seçkilər 33 seçki dairəsində keçiriləcək. Namizədlərdən heç biri 50% -dən çox səs toplamadığı təqdirdə ikinci tur təyin ediləcək. Tunis konstitusiyasına uyğun olaraq, dövlət başçısı birbaşa gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.