Bakı. Trend:
Qazaxıstanın Alma-Ata vilayətində avtobusla qatar toqquşub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı Nazirliyindən bildiriblər.
Məlumata əsasən, toqquşma Şamalqan stansiyası yaxınlığında baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
Qəza ilə bağlı araşdırma aparılır.