...

Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

Dünya xəbərləri Materials 29 Sentyabr 2019 18:36 (UTC +04:00)
Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib
Slovakiya Hərbi Hava Qüvvələri MiG-29 uçuşlarını dayandırıb

Bakı.Trend:

Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib.

D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb:

"Bu qərar [milli] hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir".

Qəzaya uğramış pilot MiG-29 katapult edib. Pilot xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti