...

ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

Dünya xəbərləri Materials 22 Oktyabr 2019 02:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələrin yeni mərhələsi 25 oktyabrda baş tutacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer deyib.

Ağ Evdə nazirlər kabinetinin iclasında Çin ilə ticarət dialoqunu şərh edən R.Laythayzer bildirib: "Bizim bu səhər nazirlər müavinləri səviyyəsində danışıqlarımız keçirilib. ABŞ Maliyyə Naziri Stiven Mnuçin və mən cümə günü çinli həmkarlarımızla danışıqlar aparacağıq".

Laythayzer ABŞ prezidenti Donald Trampa müraciət edərək və onun 16-17 noyabr Santyaqo şəhərində keçiriləcək Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə getməsini nəzərdə tutaraq əlavə edib: "Bizim məqsədimiz sizin Çiliyə səfər etdiyiniz zaman ticarət razılaşmasının ilk mərhələsinin hazır olmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti