...

Əfqanıstanda taliblərin hücumu - 9 ölü

Dünya xəbərləri Materials 3 Noyabr 2019 14:16 (UTC +04:00)
Əfqanıstanın şimal-şərqində "Taliban" silahlıları ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb
Əfqanıstanda taliblərin hücumu - 9 ölü

Bakı. Trend:

Əfqanıstanın şimal-şərqində "Taliban" silahlıları ilə toqquşmalarda yerli təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı öldürülüb, 8 nəfər isə yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, "Taliban" noyabrın 2-si səhər şimal-şərqdə Bədəxşan əyalətindəki Nusai qəzasına hücum edərək təhlükəsizlik qüvvələrinə atəş açıb. Hərbiçilərlə silahlılar arasında toqquşmalar davam edir.

Bildirilir ki, taliblər qəzanın hökumət kompleksinə yaxınlaşıblar. Toqquşma baş verən ərazidə təhlükəsizlik qüvvələrinə kömək gəlməzsə, qəza "Taliban"ın əlinə keçə bilər.

"Taliban" hərəkatı öz növbəsində, hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti