...

Misirdə boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb

Dünya xəbərləri Materials 14 Noyabr 2019 04:57 (UTC +04:00)
Qahirədə Buheyra vilayətində boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb
Misirdə boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb

Bakı. Trend:

Qahirədə Buheyra vilayətində boru kəmərinin partlaması nəticəsində altı nəfər ölüb, 15 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi bildirib.

Artıq mülki müdafiə qüvvələri yanğını lokallaşdıra biliblər.

Ölkənin Neft Nazirliyinin xüsusi açıqlamasına görə, "boru kəmərinin bu hissəsindəki vəziyyət nəzarət altındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti