...

Londonda Rembrandtın iki rəsm əsərini oğurlamağa cəhd olunub

Dünya xəbərləri Materials 16 Noyabr 2019 06:13 (UTC +04:00)
Londonda, Dalich qalereyasından, Rembrandtın "Rembrandt's Light" sərgisindən iki rəsm əsərini oğurlamağa cəhd olunub
Londonda Rembrandtın iki rəsm əsərini oğurlamağa cəhd olunub

Bakı. Trend:

Londonun Dalich qalereyasından, Rembrandtın "Rembrandt's Light" sərgisindən iki rəsm əsərini oğurlamağa cəhd olunub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həyəcan siqnalı işə düşdükdən dərhal sonra polis hadisə yerinə gəlibi. Təcavüzkarları yaxalamaq mümkün olmayıb, təqib zamanı onlardan biri polis məmurunun üzünə naməlum maddə töküb. Hollandiyalı sənətkarın rəsmləri sonradan qalereyanın müxtəlif yerlərində tapılıb.

İstintaq davam edir.

Sərgi və qalereya polisin hərtərəfli yoxlamaları üçün bir müddət bağlanacaq.

Təcavüzkarların hansı rəsm əsərlərini oğurlamağa çalışdıqları açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti