...

Tramp: ABŞ Səudiyyə Ərəbistanında öz hərbçilərinin sayını artıracaq

Dünya xəbərləri Materials 20 Noyabr 2019 02:18 (UTC +04:00)
ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək
Tramp: ABŞ Səudiyyə Ərəbistanında öz hərbçilərinin sayını artıracaq

Bakı. Trend:

ABŞ yaxın bir neçə həftədə Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: "Səudiyyə Ərəbistanında əlavə qüvvələr yerləşdirmək barədə qərar verilib. Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın həftələrdə bu ölkəyə göndəriləcək. Bununlada, ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı təxminən 3 min nəfər təşkil edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti