Bakı. Trend:
İndoneziyanın paytaxtı Cakartada partlayış baş verib.
Trend-in "Jakarta Post" qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:05-də meydana gələn partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yerli polis nümayəndəsi bildirib ki, xəsarət alanlar arasında iki hərbçi də olub, onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda partlayışın səbəbi araşdırılır.