...

BVF bu ölkəyə 5,5 milyard dollar kredit verəcək

Dünya xəbərləri Materials 8 Dekabr 2019 23:47 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə 5,5 milyard dollarlıq yeni kredit proqramı barədə razılığa gəlib
BVF bu ölkəyə 5,5 milyard dollar kredit verəcək

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə 5,5 milyard dollarlıq yeni kredit proqramı barədə razılığa gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu BVF-nin rəhbəri Kristalina Georqiyeva deyib.

K.Georqiyeva bildirib ki, onla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

O qeyd edib ki, BVF və Ukrayna hakimiyyəti 3 illik kredit razılaşmasının əsasını təşkil edəcək siyasət haqqında razılaşıblar: "Bu müqavilənin BVF rəhbərliyi və idarə heyəti tərəfindən təsdiqlənməsi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti