...

ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

Dünya xəbərləri Materials 29 Dekabr 2019 06:15 (UTC +04:00)
2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib
ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

Bakı. Trend:

2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib. Bu son 50 il ərzində rekord göstəricidir.

Trend-in məlumatına görə, bu barədə "Associated Press", "USA Today" və Şimal-Şərq Universitetinin hazırladıqları hesabatda deyilir.

Bildirilir ki, bu kütləvi qətllərin hər birində azı 4 nəfər ölüb. Qətllərin 33 faizində odlu silahdan istifadə edilib.

Ümumilikdə 41 kütləvi qətl hadisəsi nəticəsindəə 210 nəfər həlak olub.

Ən çox kütləvi qətl hadisələri Kaliforniyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti