Bakı. Trend:
Şri-Lankanın cənubundakı Uva əyalətində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 4 hərbçi həlak olub.
Qeyd olunur ki, təyyarə dağlıq əraziyə düşüb. Hadisə yerinə xilasedicilər göndərilib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.