...

Xorvatiya: Zoran Milanoviç prezident seçkilərinin qalibi olub

Dünya xəbərləri Materials 6 Yanvar 2020 02:57 (UTC +04:00)
Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib
Xorvatiya: Zoran Milanoviç prezident seçkilərinin qalibi olub

Bakı. Trend:

Xorvatiya Dövlət Seçki Komissiyasının nəticələrinə görə, keçmiş Baş nazir Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Trend-in məlumatına görə, seçicilərin 52,7%-i Zoram Milanoviçə səs verib.

Məlumatda prezident seçkiləri zamanı 3,8 milyondan çox seçicidən təxminən 55 faizinin səs vermədə iştirak etdiyi bildirilir.

Xorvatiyada Prezident beş ildə bir dəfə seçilir.

Zoran Milanoviç 2011-ci ilin dekabrından 2016-cı ilin yanvarına qədər Xorvatiyanın Baş naziri vəzifəsini icra edib, 53 yaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti