...

İraqda etiraz aksiyaları zamanı 48 polis və 11 etirazçı yaralanıb

Dünya xəbərləri Materials 12 Yanvar 2020 19:35 (UTC +04:00)
Vasit Universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında baş verən qarşıdurmada 60 nəfər, o cümlədən 48 polis əməkdaşı yaralanıb
İraqda etiraz aksiyaları zamanı 48 polis və 11 etirazçı yaralanıb

Bakı. Trend:

İraqın Vasit vilayətindəki Vasit Universitetinin binası yaxınlığında təhlükəsizlik qüvvələri ilə tələbələr arasında baş verən qarşıdurmada 60 nəfər, o cümlədən 48 polis əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "As-Sumariya" telekanalına təhlükəsizlik qüvvələrindən olan mənbə bildirib.

Bildirilib ki, 48 polis əməkdaşı, həmçinin 11 etirazçı yaralanıb.

Qeyd edək ki, İranla həmsərhəd olan Vasit vilayətində konstitusiya dəyişiklikləri və hökumətin dəyişdirilməsini tələb edən etirazlar ötən ilin oktyabrından bəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti