...

İraqda hərbi bazanın ərazisinə 7 raket düşüb, xəsarət alanlar var

Dünya xəbərləri Materials 13 Yanvar 2020 01:39 (UTC +04:00)
İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib
İraqda hərbi bazanın ərazisinə 7  raket düşüb, xəsarət alanlar var

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən "Balad" Hərbi Hava Qüvvələrinin bazasına 7 raket zərbəsi endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bazanın ərazisi ABŞ hərbçiləri tərəfindən də işlədilir. Raket zərbələri nəticəsində 4 İraq hərbçisi xəsarət alıb, ABŞ hərbçiləri arasında yaralanan yoxdur.

Raket zərbələrinin kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti