...

Yunanıstanda tavernada atışma nəticəsində 2 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Yanvar 2020 04:51 (UTC +04:00)
Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gələnlərə atəş açıblar
Yunanıstanda tavernada atışma nəticəsində 2 nəfər ölüb

Bakı. Trend:

Naməlumlar şəxslər Afina şəhərinin Vari rayonunda məşhur tavernaya gələnlərə atəş açıblar.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, hadisə Afinanın cənubunda yerləşən "Voskopula" tavernasında baş verib.

Öldürülənlərdən biri Sloveniya, digəri Monteneqro vətəndaşıdır.

Atışmadan dərhal sonra hücum edənlər qaçıb, polis axtarışlara başlayıb.

Xəbər lenti

Xəbər lenti