Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ tərəfindən təklif edilən "əsrin müqaviləsi"nin şərtləri ilə razılaşıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
D.Tramp bildirib: "İsrail bu gün sülhə doğru nəhəng addım atır. Ötən gün baş nazir Netanyahu mənə bildirib ki, o, ABŞ-ın planını danışıqların əsası kimi dəstəkləməyə hazırdır".
Qeyd edək ki, ABŞ-ın təklif etdiyi "əsrin müqaviləsi" İsrail və Fələstin münaqişəsinin nizamlanması üzrə plandır.