...

Yunanıstanda mövsümi qripdən 38 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 7 Fevral 2020 01:58 (UTC +04:00)
Yunanıstanda 2 fevral tarixinə olan məlumata görə mövsümi qripdən 38 nəfər ölüb
Yunanıstanda mövsümi qripdən 38 nəfər dünyasını dəyişib

Bakı. Trend:

Yunanıstanda 2 fevral tarixinə olan məlumata əsasən mövsümi qripdən 38 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Səhiyyə Təşkilatı xəbər yayıb.

Bildirilir ki, ancaq son bir həftə ərzində qripdən dünyasını dəyişənlərin sayı 17 olub.

Mövsümi qripin monitorinq dövrünün başladığı 2019-cu ilin 40-cı həftəsindən 2020-ci ilin 5-ci həftəsinə (27 yanvar-2 fevral) qədər laboratoriya tərəfindən təsdiqlənmiş 151 ağır qrip hadisəsi qeydə alınıb, 136 nəfər reanimasiya şöbələrinə yerləşdirilib. Bu xəstələrdən yalnız 55-i (36.4 faiz) qripə qarşı peyvənd edilib.

Mövsümi qripə oktyabrın əvvəlindən mayın sonuna qədər nəzarət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti