...

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib

Dünya xəbərləri Materials 24 Fevral 2020 02:37 (UTC +04:00)
Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib
Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə qərar yeni növ koronavirusun yayılma təhlükəsi ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, İrandan Gürcüstana və əks istiqamətdə fiziki şəxlərin gediş-gəlişi məhdudlaşdırılıb.

Aviaşirkətlərə Gürcüstanda turizm məqsədi ilə olan İran vətəndaşlarını ölkələrinə geri aparmaq üçün boş təyyarələr göndərmələrinə icazə verilib. Sərhəddəki nəzarət-buraxılış məntəqələrində də ciddi məhdudiyyətlər tətbiq edilib.

Qeyd edilir ki, Gürcüstan hökuməti vəziyyəti diqqətlə izləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti