...

Çində koronavirus qurbanlarının sayı 2835-ə çatıb

Dünya xəbərləri Materials 29 Fevral 2020 07:22 (UTC +04:00)
Çində yeni koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib
Çində koronavirus qurbanlarının sayı 2835-ə çatıb

Bakı. Trend:

Çində yeni koronavirus qurbanlarının sayı 2835 nəfər təşkil edib, 39 mindən çox insan sağalıb, 79,2 mindən çox insan virusa yoluxub.

Trend-in məlumatına görə, bunu Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi bildirib.

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm göstəricisi bir gün əvvəl 3,53% əvəzinə 3,57% təşkil edib. Hər gün qeydə alınan yeni yoluxma hadisələrinin sayı 100 artaraq 427, son bir gündə qeydə alınan ölüm hadisələrinin sayı 3 dəfə artaraq 47-ə çatıb.

Bölgələr arasında mərkəzi Hubei əyaləti yoluxmuşların sayına görə birinci yerdədir, burada 66,3 min nəfərin virusa yoluxması qeydə alınıb, onlardan 2.7 mindən çoxu ölüb və təxminən 28.8 min insan sağalıb.

Son 24 saat ərzində materikin 31 bölgəsinin əksəriyyətində heç bir yeni yoluxma aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti