...

Aİ Türkiyənin miqrant razılaşması ilə bağlı bəyanatına cavab verib

Dünya xəbərləri Materials 3 Mart 2020 19:00 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) miqrant böhranı ilə mübarizədə Türkiyə ilə birgə planı çərçivəsində bütün öhdəliklərini yerinə yetirir
Aİ Türkiyənin miqrant razılaşması ilə bağlı bəyanatına cavab verib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) miqrant böhranı ilə mübarizədə Türkiyə ilə birgə planı çərçivəsində bütün öhdəliklərini yerinə yetirir və ümid edir ki, Ankara da razılaşmalara əməl edəcək.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Piter Stano Brüsseldə mətbuat konfransı zamanı deyib.

Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Aİ-ni miqrant sazişi çərçivəsində öhdəliklərini icra etməməkdə ittiham edib. Onun sözlərinə görə, vəd olunan altı milyard avronun yarısı belə suriyalılara çatmayıb.

P.Stanos öz növbəsində bildirib ki, Aİ çərçivəsində vəsaitlərin ayrılmasını tənzimləyən mexanizmlər var: "Maliyyə vəsaitlərinin istifadəsinin keyfiyyəti vacibdir. Ödəmələri sürətləndirmək mümkün deyil".

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının digər nümayəndəsi suriyalı qaçqınlara ayrılan 6 milyard avrodan 4,7 milyard avro qeydiyyata alınıb və 3,2 milyardı isə ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti