Bakı. Trend:
Filippinin Milli Polis rəisi Arçi Qamboanın olduğu helikopter bu gün səhər Laquna vilayətində yaşayış ərazisində qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "Philippine Daily Inquirer" nəşri bildirib.
Məlumata əsasən, qəza nəticəsində A.Qamboa sağ çiynindən kiçik xəsarət alıb. O, dağıntıdan çıxarılaraq xəstəxanaya göndərilib.
Helikopterdə 8 nəfərin, o cümlədən polis rəisi və pilotun olduğu bildirilir, yaralıların dəqiq sayı barədə hazırda məlumat yoxdur.