Bakı. Trend:
Meksikanın Puebla ştatında zəhərli maddə daşıyan qatarın iki vaqonu relsdən çıxıb.
Trend-in məlumatına görə, sözügedən ərazidə təxliyə elan edilib.
Qeyd olunur ki, beş kilometr ətrafdakı yaşayış məntəqələrindən sakinlər təxliyə edilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sakinlərin həyatına hazırda təhlükə olmadığı deyilir.
Hadisə yerində qəzanın fəsadlarının aradan qaldırılması üçün işlər aparılır.