...

İranda koronavirusdan ölənlərin sayı artdı

Dünya xəbərləri Materials 5 Mart 2020 14:39 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirus (COVID 19) nəticəsində indiyədək 107 nəfər dünyasını dəyişib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 15 nəfər bu virus nəticəsində ölüb.

Cahanpur bildirib ki, ötən sutka ərzində 591 nəfər yeni koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 3 513-yə yüksəlib.

Nazirlik rəsmisi 739 nəfərin sağaldığını əlavə edib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün (4 mart) 2 922 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini, 552 nəfərin sağaldığını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti