...

“Apple” 12 min əməkdaşına evdən işləməyi təklif edib

Dünya xəbərləri Materials 7 Mart 2020 15:07 (UTC +04:00)
“Apple” şirkəti Kaliforniya ştatının Kupertino şəhərindəki mənzil-qərargahının 12 min əməkdaşına koronavirusun yayılması ilə əlaqədar evdən işləməyi təklif edib
“Apple” 12 min əməkdaşına evdən işləməyi təklif edib

Bakı. Trend:

“Apple” şirkəti koronavirusun yayılması ilə əlaqədar Kaliforniya ştatının Kupertino şəhərindəki mənzil-qərargahının 12 min əməkdaşına evdən işləməyi təklif edib.

Trend-in məlumatına görə, əməkdaşların evdən işləməsi bəzi layihələrin icrasını sual altında qoya bilər.

Qeyd olunur ki, məhz buna görə bu tədbir tövsiyə xarakteri daşıyır.

Xatırladaq ki, “Facebook”, “Amazon”, “Google” və “Microsoft” şirkətləri də analoji addımı atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti