...

Malta İtaliya ilə nəqliyyat əlaqəsini dayandırdı

Dünya xəbərləri Materials 10 Mart 2020 12:13 (UTC +04:00)
Malta hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İtaliya ilə bütün nəqliyyat əlaqəsini dayandırıb
Malta İtaliya ilə nəqliyyat əlaqəsini dayandırdı

Bakı. Trend:

Malta hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İtaliya ilə bütün nəqliyyat əlaqəsini dayandırıb.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Robert Abela deyib.

Nazir bildirib ki, ölkələr arasında bütün aviareyslər dayandırılır. Malta ilə Siciliya adası arasındakı bərə səfərləri yalnız yük və dərman daşımaları üçün həyata keçiriləcək.

Qeyd edək ki, Maltada koronavirusa 4 yoluxma halı qeydə alınıb. Onların hər biri İtaliyadan gəlib.

İtaliyada isə yoluxma sayı 9 mini keçib, ölənlərin sayı 463 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti