...

Koronavirusa yoluxmanın qeydə alınmadığı yeganə Avropa ölkəsi məlum oldu

Dünya xəbərləri Materials 12 Mart 2020 14:05 (UTC +04:00)
Avropada koronavirusa yoluxma faktının təsdiq olunmadığı yeganə ölkə Monteneqro olub
Koronavirusa yoluxmanın qeydə alınmadığı yeganə Avropa ölkəsi məlum oldu

Bakı. Trend:

Avropada koronavirusa yoluxma faktının təsdiq olunmadığı yeganə ölkə Monteneqro olub.

Trend-in məlumatına görə, bunu ölkənin İctimai Səhiyyə İnstitutunun epidemioloqu İqor Qali deyib.

O bildirib ki, bu günədək ölkədə 2 mindən çox şəxs koronavirus şübhəsi ilə müayinə olunub, onlarda 392 nəfəri müşahidə altında qalır. Bununla belə, indiyədək koronavirus heç bir xəstədə aşkar edilməyib.

Qeyd edək ki, dünyada 127 mindən çox insan koronavirusa yoluxub, 4,6 mindən çox xəstə ölüb, 68 mindən çoxu isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti