Bakı. Trend:
“Apple” şirkəti Çindən kənarda yerləşən bütün mağazalarını bağlayıb.
Trend-in məlumatına görə, qərar koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilib.
Qeyd olunur ki, mağazalar martın 27-dək bağlı qalacaq.
Virus Çində yayılmağa başlayarkən şirkət Çindəki mağazaların fəaliyyətini dayandırmışdı. Hazırda bu ölkədəki mağazalar işini bərpa edib.