Bakı. Trend:
Türkiyədə COVİD-19 koronavirusuna yoluxanların sayı 18 nəfərə çatıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, yoluxanlardan ikisi ölkədə ilk koronavirusa yoluxan şəxslə ünsiyyətdə olan insanlardır: "Yeni yoluxma hallarından 7-si Avropadan gələn vətəndaşlarımızda, 3-ü isə ABŞ-dan gələn vətəndaşlarımızda qeydə alınıb".
Xatırladaq ki, Türkiyədə daha əvvəl 6 nəfərin COVİD-19 koronavirusuna yoluxduğu bildirilirdi.