...

Fransa “Apple” şirkətini 1,1 milyard avro məbləğində cərimələdi

Dünya xəbərləri Materials 16 Mart 2020 15:48 (UTC +04:00)
Fransa antiinhisar təşkilatı “Apple” şirkətini 1,1 milyard avro məbləğində cərimələyib
Fransa “Apple” şirkətini 1,1 milyard avro məbləğində cərimələdi

Bakı. Trend:

Fransanın antiinhisar təşkilatı “Apple” şirkətini 1,1 milyard avro məbləğində cərimələyib.

Trend-in məlumatına görə, şirkət rəqabət qaydalarını pozmaqda ittiham olunub.

Qeyd olunur ki, “Apple” və şirkətin iki pərakəndə satış nöqtəsi məhsulların satışı zamanı bir-biri ilə rəqabət aparmamaq razılığna gəlib.

Bununla əlaqədar olaraq “Tech Data” və “Ingram Micro” şirkətləri müvafiq olaraq 76,1 milyon avro və 62,9 milyon avro məbləğində cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti